Milli Məclisin yaz sessiyası başlayır
Bu həftə Milli Məclisin yaz sessiyası başlayır.
APA-nın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.