Qida, yoxsa zəhər?


Bazarlarda baş alıb gedən antisanitariyaya son qoyulmalıdır

 


Azərbaycan dünyanın gənc, müstəqil, demokratik, dövləti olmaqla yanaşı, müstəqil tarixinin xronikasında Azərbaycan xalqının iki dəfə - 1993-cü ildə və 2003-cü ildə taleyüklü seçimlə üzləşdiy aydın-açiq görünür. Azərbaycan xalqı bu mühtüm hadisələri heç vaxt unutmmayacaq. Bu məqamlar geniş tarixi aspektdə götürüldükdə xalqımız ücün həqiqət, onun müstəqil dövlətçiliyinin əbədiliyi baxımdan həyati əhəmiyyətə malik yolayrıcıları idi. Bu gün ölkəmizin iqtisadi konsepsiyası inkişaf etmiş dövlətlərdə olduğu kimi öz xüsusi cəkisini göstərməyə calışır. Amma bütün bunlarla yanaşı ciddi nöqsanlar - korrupsiya, rüşvətxorluq, məmur özbaşnalığı, dərbəylik halları da az deyil. Ən ciddi problemlərimiz dən biri isə ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yarıdan çoxunun idxal hesabına ödənilməsidir. Bu həm ölkə iqtisadiyyatın xaricdən asılı vəziyyətə salır, həm də idxal məhsulları heç də həmişə normal keyfiyyətə malik olmur. Dünyanın inkişaf etmiş ölkələrində vaxtı kecmiş, istifadəyə yararsız hesab olunan bir çox qida məhsulları əksər hallarda kənara atılmaq əvəzində, ölkəmizə qeyri-leqal yollarla gətirilir. Bu vəziyyəti təkcə ərzaq məhsullarına aid etsək də, əslində söylədiyimiz hal başqa sahələri də əhatə edir. Yəni, keyfiyyətsiz geyim əşyaları, minik avtomobilləri, məişət əşyaları, müxtəlif növ ərzaq ölkəmizə gətirilir və bunun hesabına xeyli gəlir əldə olunur. Yəqin ki, bir çoxlarımız ölkəmizin ərzaq mağazalarına və bazarlara hər gün mütamadi girmək məcburiyyətində olduğumuzdan, qeyd edilənləri müşahidə edirsiniz. Bölgələrimizdə - konret Biləsuvar rayonundakı mağazalarda və bazarlarda mövcud olan antisanitariya vəziyətinin adama necə pis təsir etdiynin şahidiyik. Satıcıların əynindəki lir-çirkab basmış geyimlərindən tutmuş, qida satılan köhnəlmiş və əslində ərzaqdan daha çox zəhərli maddələr təsiri bağışlayan ərzaq məhsullarının manesiz olaraq satıldığını gördükcə, düşünürsən ki, belə qayda-qanunsuz halların yaranmasına səbəbkarı bəzi yerində olmayan rəhbərlərdir.
Ölkəmizin paytaxtından tutmuş, regionlarının əksəriyyətindəki bazarların hansına gedirsən-get, həmin bazarda mütləq ət və süd məhsullarının, eyni zamanda digər zəruri ərzaq, qida məhsullarının satışına nəzarət edən, sanitariya qaydalarına cavabdehlik daşıyan Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyidir (AQTA). Müşahidələrimiz nəticəsində ortaya cıxan mənzərə təsdiq edir ki, əslində bazarlarda ət və digər heyvandarlıq məhsullarının satılması sahəsində yol verilən nöqsanların, istifadə ücün yararsız olan ət və süd məhsullarının bazarlarda satılması digər tərəfdən həmin sahəyə cavabdeh olan AQTA əməkdaşları ayda bir dəfə görünürlər, haq-hesablarını alıb gedirlər.
Xarici ölkələrdən ölkəmizə gətirilən həmin ərzaq və qida məhsullarının qablaşdırıldığı qabların üzərindəki istehsal və istifadə tarixinin sahibkarlar tərəfindən dəyişdirilərək, saxta tarixlər yazılması bütün məhsulların üzərində aydın göründüyü halda, bu qanunsuz və thəhlükəli hallara qarşı ciddi tədbir görülməməsi əhalidə haqlı dərin təşviş hiss oyadır.
Bu sahəyə məsuliyyət daşıyan, cavabdeh başbilənlər və əhalinin keyfiyyətli ərzaq və qida məhsulları ilə təmin olunmasına cavabdeh olan əlaqədar dövlət orqanları ölkədəki bazar, dükan, mağazalarında və kücə ticarəti obyektlərində hər gün satılan keyfiyyətsiz, sanitariya tələblərinə cavab verməyən, vaxtı kecmiş ərzaq məhsullarının satışdan çıxrılması üçün təxirəsalınmaz tədbirlər görülməlidirlər. Başa düşmək lazımdı ki, həmin söz acdığəmız keyfiyyətsiz, antisanitar şəraitdə satılan qida və ərzaq məhsullarının ticarətinin arxasında hansısa sıravi adamlar dayanmır. Ölkədə nəyinki böyük bazarların, supermarketlərin, dükan və mağazaların, hətda, hər bir xırda köşkün belə sahibi ölkənin müxtəlif vəzifələrini tutmuş insanlar olduğunu nəzərə alaraq, ərzaaq və qida məhsulları sahəsində baş verən bu biabırçı vəziyyətin qarşısını ən yüksək səviyyədə alınması təmin olunmalıdır. Bax bizim istəyimiz də budur. Hörmətli oxucular bu məsələyə sizin də diqqət yetirməklə qoşulmanız yerinə düşər. Mən gördüklərimi təfsilatıilə izah etdim. Söz sizindir... Əlizadə Nəhmədağaoğlu