Bakcell və Narmobil operatorlarının yararsız xidmətləri
Bakcell və Narmobil - siam əkisləri
Ölkəmizdə fəaliyyət göstərən yararsız Bakcell və Narmobil mobil rabitə xidmətlərindən, onların istehlakçı hüquqlarını dəfələrlə pozmalarından yazmışıq, tənqid etmişik. Amma bu mobil operatorlar kimə arxayındısa, tənqiddən bir mərrə qədər nəticə çıxarmır. Necə deyərlər, dəyirman öz bildiyin işlədir, çax-çax baş ağrıdır. Biz də bir media subyekti olaraq yalnız dəyirman çax-çaxı kimi yalnız baş ağrıda bilirik, hətta, bəzi hallarda bizim səsimiz başağrısına belə səbəb olmur, tənqidin üstündən sükutla keçilir. Bu da səbəbsiz deyil. Bütün ölkə ərazisində (Naxçıvan istisna olmaqla) cəmi üç operator fəaliyyət göstərir. Hansı ki, onlardan ikisi (Bakcell və Narmobil) bir sahibkara məxsusdur. Yəni ölkəni mobil rabitə bazarı iki şirkətin (Bakcell-Narmobil və Azercell) monopoliyasındadır. Bu şirkətlərin fəaliyyət strategiyası ondan ibarətdir ki, Bakcell və Narmobil ucuz və keyfiyyətsiz, Azercell isə baha və keyfiyyətli xidmət təklif edir.
Əslində hər üç operatoru təqdim etdiyi xidmətlər dünya standartlarına nisbətən kifayət qədər bahadır, amma yuxarıdakı strategiya operatorların bir-birinə nisbətən keçərlidir.
Abşeron yarımadasında kənara çıxdıqda, Bakcell və Narmobil şirkətinin xidmətləridən yalnız rayon mərkəzlərində və iri şəhərlərdə istifadə edə bilərsən. Hər hansı bir kəndə və ya qəsəbəyə getdinsə, bu iki operatorun heç bir xidmətindən istifadə edə bilməzsən. Artıq 3 gündü Beyləqandayam, Bakcell və Narmobil internet paketinin istifadəçisiyəm. Kənddə nəyinki internet paketindən istifadə etmək mümkün deyil, hətta, mobil rabitə üzərindən adi danışıqları belə reallaşdırmaq mümkün deyil. Kiminləsə təsadüfən telefon bağlantısı baş tutanda isə gah sən telefonun o başında danışanı, gah da o, sən eşidə bilmir. Keçmişdəki rabitə sistemi kimi, gərək növbə ilə danışıb, həmsöhbətiniz səni haçan eşidəcəyini gözləyəsən. Hətta, rayon mərkəzlərində də telefonun GSM şəbəkəsi ilə pis-yaxşı danışmaq mümkün olsa da, internet paketindən "yararlanmaq istəsən" bir neçə dəqiqənin içində əsəblərin tam gərilir.
Biz bu yazı vasitəsi ilə, əslində bir sahibkara məxsus olan, hər iki mobil şirkətə müraciət edirik: "Kifayət qədər baha qiymətə təklif etdiyiniz xidmətləri nə üçün yalnız Abşeron yarımadasına şamil edirsiniz? Müştərilərdən aldığınız xidmət haqqıni cibinizə qoyub, onları arxayın edirsiniz ki, bütün ölkə üzrə onlara xidmət edirsiniz, amma sizin xidmətin əhatə dairəsi Abşeron yarımadasında kənara çıxmır. Hətta, müasir ratsiyalar belə Bakcell və Narmobil GSM rabitə şəbəkəsindən daha keyfiyyətli və etibarlı rabitə xidməti göstərir".
Sonda onu da qeyd edim ki, bölgələrdə elə ərazilər var ki, Bakcell və Normobil şirkəti ikisi bir antenadan istifadə edir. Bunlar iki ayrı-ayrı şirkətdirsə, hər ikisi bir antenadan istifadə etməklə bir-biri ilə necə rəqabət aparır?!
Hörmətli oxucular, Bakıya qayıdandan sonra bu iki şirkətin xidmətlərində daha ilginc prolemleri şirkət rəhbərliyi qarşısında qaldıracaq, bu barədə apardığımız araşdırma və müzakirələri sizinlə də bölüşəcəyik. İndi mobil rabitə blokadasında olduğumuzdan bu niyyətimizi reallaşdıra bilmirik.