Valyuta ehtiyatımız 7,5 milyard dolları kecdi

Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 31 avqust 2022-ci il tarixinə 7 milyard 503.6 milyon dollar olub.

Mərkəzi Bank xəbər verir ki, bununla da son bir ayda 96.4 milyon dollar, yaxud 1.3 faiz artıb.

Qeyd edək ki, dünyada mərkəzi bankların valyuta ehtiyatı elə ölkənin cəmi valyuta ehtiyatı sayılır. O ki, qaldı Azərbaycanın Dövlət Neft Fonduna məxsus aktivlərə, bu növ vəsaitlər valyuta ehtiyatı hesab edilmir. Əlbəttə, bu ölkənin kapitalıdır və müxtəlif bazar alətlərinə yatrlilaraq divident gətirir. Amma bu vəsaitlər likvid (dərhal valyutaya çevrilən aktiv) olmadığına görə valyuta ehtiyatı hesab edilmir.