Putin Ukrayna buğdasının kasıb ölkələrə daşınmadığından narahatdır
Putin taxıl müqaviləsinin şərtlərini dəyişmək istəyir
Rusiyalı diktator Şərq İqtisadi Forumunda niyyətini açıqlayıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla məsələni müzakirə etmək istədiyini bildirib.
"Bəlkə də bu marşrutla taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu məsələdə mütləq Türkiyə prezidenti Ərdoğanla məsləhətləşəcəyəm", - Putin bildirib.
Putin çıxışında vurğulayıb ki, 87 gəmi ərzaq məhsulları ilə yüklənərək Ukrayna limanlarından çıxdığına baxmayaraq, onlardan yalnız ikisi Afrikaya göndərilib: "Qalanları isə Avropa İttifaqı ölkələrinə daşınıb. Belə olmaz, şərtlər mütləq dəyişməlidi".