Nə üçün palma yağı gizlədilir!?


Palma yağı antik dövrdən indiyə kimi istifadə olunan bitki yağıdır. İstehsal ölkəsi Malaziya, İndoneziya və digər tropik ölkələrdir. İstehsal həcmi təqribən birlikdə götürülmüş digər bitki yağlarının miqdarına bərabərdir.
Palma yağı palma ağacının meyvələrindən və toxumundan (çəyərtdəyindən) alinir, ona görə də iki növdədir. Bu yağlar digər bitki yağları kimi həm qidada, həmdə digər sənaye sahələrində (kosmetika və.s) istifadə olunur. Tərkibində körpələrin inkişafı üçün əhəmiyyət kəsb edən palmitin turşusu olan maddə olduğu üçün toxumlardan hazırlanmış palama yağları bütün süni körpə qidalarının tərkibinə qarışdırılir. Lakin bir çox qida istehsalçıları kimi, bəzi körpə qida istehsalçıları süni qidanın tərkibində palma yağının mövcudluğunu etiketə yazmır və istehlakçıdan gizlədir! Dünyanın istehlakçı hüquqlarını müdafiyə edən təşkilatları istehlakçıların mallar haqqında müfəssəl informasiya almaq hüququnun olduğunu əsas götürərək bu gizlətməyə qarşı daim mübarizə aparırlar. Qidanın, xüsusən spred yağların (bitki-piy mənşəyli yağların) tərkibində bütün hallarda palma yağı olsa da, nə üçün markalama zamanı etiketdə əksər hallarda bunu yazmırlar və gizlədirlər?
Səbəb: - Qeyd olunduğu kimi əsasən müsəlman ölkələrində istehsal olunan bu yağlar ucuz başa gəlir, dünya duru yağ bazarında ciddi qiymət disproporsiyası yaratdığı üçün süni olaraq qlobal medya basqisına məruz qoyulur və bu basqı xüsusilə MDB duru yağ bazarında özünü daha qabarıq göstərir! İstehlakçılara təşviq olunur ki, palma yağı arzuedilməzdir! Lakin bununla belə istehsalçılar bu yağdan qida istehsalinda gen-bol istifadə edir. İstehlakçı hüququnu qoruyan bir təşkilat olaraq, AİİB palma yağlarınin xeyirli və ya zərərli olması barədə fikir söyləmək qərarında deyil, biz diqqətimizi cəmləşdirmişik ki, nə üçün yağ istehsalçıları, xüsusən spred yağ istehsalçıları, istehsalda palma yağından istifadə etsə də malin etiketinə yağın mənşəyini(m (məsələn, günəbaxan, qarğıdalı, soya və.s) yazmaq əvəzinə bitki yağı yazmaqla istehlakçının yağın tərkibi haqqında müfəssəl informasiya almaq hüququnu pozurlar və bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət qurumu - Qida Təhlükəsizliyi Ağentliyi (AQTA) bu vəziyyətə biganəlik nümayiş etdirir!
Spred yağların markalanmasında istehsalçıların bitki yağlarının mənşəyini gizlətməsi barədə istehlakçılar AİİB-ə hətta yağ nümunələrini də alib gətirirlər,iradlarını bildirirlər və xahiş rdirlər ki, bu məsələnin həllinə nail olunsun! İstehlakçıların təqdim etdiyi və Azərbaycanın marketlərində geniş şəbəkə ilə satılan bir neçə spred yağların etiketinə nəzər saldıq və tərkibində palama uağının mövcud olduğu körpə qidasının da etiketinini incələdik.
Körpə qidası - Marka: Aptamil-2, №6, Nutricia, istehsal ölkəsi - İrlandiya, İstehsalçı - Nutriçia infant Nutrition LTD. Tərkibi - Bitki mənşəli yağlar (palma, hind qozu, kanola, günəbaxan yağı, baliq yağı və.s, - 13 çeşidli yağ)
Spred (bitki-piy tərkibli yağ), marka-Tulchinskaya Extra №3, 1 kq, İstehsal ölkəsi-Rusiya, Belqorod vilayəti, İstehsalçı ASC “TULCINKA.RU”, saxlanma müddəti 90 sutka, Tərkibi-dezodorasiya rafinə edilmiş natural və modifikasiya edilmiş bitki yağları, o cümlədən soya, E202, EE211 vəs. - Ağ rəngli paketdə
Spred-bitki piy tərkibli yağ, marka-Tukçinka, 1 kq, istehsalçi ölkə- Rusiya, Belqorod vilayəti, İstehsalçı-ASC “TULCHINKA .RU“, saxlama müddəti 90 sutka, Tərkibi -dezodorasiya rafinə edilmiş natural və modifikasiya edilmiş bitki yağları, o cümlədən soya, E202, EE211 vəs. - Sari rəngli paketdə
Spred - bitki piy tərkibli yağ, marka - “Şedroe Leto” kənd kərə yağı-72,5%, 1 kg, İstehsalçı ölkə-Rusiya, Sverdlov vilayəti, İstehsalçı, ”1-AC Jirovoy kombinat”, saxlanma müddəti-240 sutka, Tərkibi- dezodarasiya və rafinə olunmuş bitki yağı (Az dilinə tərcümədə bilərəkdən istehsalçının qeyd etmədiyi yağı - günəbaxan yağını yazıblar), emulqatorlar beynəlxalq işarələrlə qeyd edilməyib ki, bu da qanunlara zidd olmasa da, istehlakçının mal haqqında əlverişli informasiya almasına mane olur - yaşıl-gümüşü rəngli paketdə.
Spred-(AZ dilinə tərcümədə Spred olduğu qeyd edilməyib), marka - Zemlyanskiy Kray, 82%, bitki yağı yazılır. 
Spred-marka-Rossiyanka,82,5%,bitki yağı yazılır
Spred-marka- Rossiyanka, 72,5%, bitki yağı yazılır. 
Spred-marka-Meçta Xozayki, 82,5%, bitki yağı yazılır. 
Spred-marka-Saratovskiy Slivoçniy vkus, 60%, bitki yağı yazılır. 

AİİB bu məlumatlar əsasında istehlakçıların istək və maraqlarını qorumaq üçün etiket məlumatlarını incələyərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məktub göndərmişdir ki, istehlakçıların mal haqqında müfəssəl informasiya almaq hüququ təmin olunsun və AQTA tədəfindən laboratoriya araşdırmaları aparılsın, hansı yağın tərkibində palma yağı varsa etiketdə yazılsın.


AİİB-in sədri: Eyyub Hüseynov