ATƏT müşahidəçisi Azərbaycana buraxılmadı

 

Azərbaycan ATƏT-in müşahidəçisi kimi ölkəmizə daxil olmağa cəhd edən Nik Qugerin girişinə əngəl olub.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib.

Qeyd olunur ki, o, İsveçrədəki erməni lobbisinin fəal dəstəkçisidir və Azərbaycanı “xristianların soyqırımı”nda ittiham edərək sanksiyalar tətbiq olunmasını tələb edir.