Prezident seçkisinin ilkin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
“Səsvermə zamanı seçicilərə heç kim təzyiq edə, tələsdirə, kimə səs verdiyini soruşa bilməz”.
Lim10.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, səsvermə ən son seçici səs verənə qədər davam edəcək:
“Seçki Komissiyasının üzvləri şəffaflığa və məxfiliyə nəzarət edəcəklər. Səsvermə bitdikdən sonra səslərin hesablanmasına başlanılacaq. Biz çalışacağıq ki, səsvermənin ilkin nəticələrini elə həmin axşam hesablayaq. Hesab edirik ki, seçki günü axşam saat 21:00 ərəfələrində ilkin rəqəmlər açıqlanacaq.
Növbəti iki gün ərzində dairələrdə rəqəmlər ümumiləşdirilib MSK-ya göndəriləcək.
Bundan sonra Mərkəzi Seçki Komitəsinin iclası keçiriləcək və rəsmi nəticə orada açıqlanacaq”.
Könül Cəfərli