Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.

Bu barədə Lim10.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:

“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb. Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”.

12:50

Sumqayıt şəhərində məişət tullantıları antisanitar vəziyyət yaradıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Belə ki, şəhərin 20 Yanvar küçəsində zibil qalaqları həm ətrafa yayılıb, həm də sakinlərin narahatlığına səbəb olub.

Görüntüləri olduğu kimi təqdim edirik:

Könül Cəfərli