Şəkidə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.