Qazımız Ukraynada mühakimə edilir
Hakimiyyət isə onun müdafiəsinə biganə qalır
Hakimiyyət isə onun müdafiəsinə biganə qalır
İkinci Qarabağ müharibəsi iştirakçısı, 29 yaşlı Misir Qasımlı Ukraynada ərəb (özü isə onun erməni olduğunu iddia edir) mənşəli İspaniya vətəndaşının şikayəti əsasında mühakimə olunur. Bir ildən çoxdur ki, həbsdə saxlanılan Qarabağ qazisi ona qarşı qanunsuz silah gəzdirmə, adam qaçırma və adam döymək kimi ittihamlar irəli sürülərək şərləndiyini və sifarişlə həbsdə saxlandığını iddia edir.
O, bütün ittihamları rədd edərək, artıq aclıq aksiyasına başlayıb. Ailə üzvləri Azərbaycan hökumətindən qazinin azad olunmasına kömək etməyə çağırır.
Lakin Azərbaycan hökuməti bu istiqamətdə heç bir addım atmır.
Qeyd edək ki, Misir Qasımlı 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib, "Kəlbəcərin azad edilməsi uğrunda" medalı ilə təltif edilib.