Bir sıra inkişaf göstəriciləri açıqlandı
Azərbaycan iqtisadiyyatı:
???????????????? Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin həcmi 160 milyon ABŞ dollarını ötüb.
Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 78,9 milyon dollar, idxalın həcmi isə 81,3 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib. (AZƏRTAC)
???? 2022-ci ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat təşkil edib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri nominal ifadədə 20,0 faiz artaraq 38,8 milyard manat təşkil edib.
???? 2022-ci ilin yanvar-iyul aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,5 faiz artaraq 49,3 milyard manat təşkil edib. Neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7 faiz artıb.
Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma, 20,5 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 88,3 faiz olub. Ümumi istehsalın 94,4 faizi sənaye məhsullarının istehsalı, 5,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
???? Tikinti materiallarının istehsalı sahəsində 2022-ci ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 620,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artıb. Dövr ərzində tikinti gipsinin istehsalı 36,6 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 23,1 faiz, tikinti əhənginin istehsalı 12,7 faiz, asfaltın istehsalı isə 0,2 faiz artıb.