Rusiya BMT TŞ-də veto hüququndan məhrum edilə bilər
ABŞ Rusiyanın təcavüzünə görə, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq istəyir
Xüsusilə, ABŞ Təhlükəsizlik Şurası üzvlərinin veto hüququndan istifadə etməsi məsələsində maraqlıdır.
“Biz Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səyləri artıracağıq. Söhbət veto qaydalarının dəyişdirilməsindən gedir, ona əsasən daimi üzvlərin onları Baş Assambleyaya izah edəcəklər”, - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild brifinqdə bildirib.
O, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın nizamnaməsinin əsasına zərbə vurduğunu bəyan edib.