Ukraynada dondurulmuş münaqişə olmayacaq - M.Podolyak

Dondurulmuş münaqişə olmayacaq, rusların Ukraynadan çıxma vaxtıdır, - Podolyak Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan danışarkən belə deyib.

“Ukraynanın effektiv əks-hücum əməliyyatı dünyaya nə deyir?

  1. Ukrayna öz ərazilərini işğaldan azad etməyə qadir olduğunu sübut etdi. Münaqişənin dondurulması olmayacaq.
  2. Ukrayna sübut etdi ki, müasir Qərb silahlarından yaradıcı və səmərəli istifadə edə bilər.
  3. Rus qoşunlarının Ukrayna torpaqlarından çıxma vaxtıdır. Əks təqdirdə zərər görəcəklər”, - Prezident Aparatının rəhbərinin müşaviri Myxailo Podolyak yazıb.