Annalena Berbok Kiyevdədir
Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gəlib.
Onun sözlərinə görə, səfərin məqsədi Almaniyada mövcud olan “müharibə yorğunluğu” ideyasına qarşı çıxmaqdır.
“Biz lazım olduğu müddətdədək Ukraynanı dəstəkləməyə davam edirik, o cümlədən silah, humanitar və maliyyə yardımı edəcəyik”, o, deyib.