Ukrayna ordusu əks-hücumda

Ukrayna ordusu soniki həftə ərzində 3000 kvadrat kilometrdən çox ərazini ruslardan təmizləyib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mütəmadi yayımladığı axşam videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir.

Zelenski Ukrayna hərbçilərinə təşəkkür etdiyini deyib.

Qeyd edək ki, son günlər Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində əks-hücuma keçib. Uğurlu əməliyyatlar nəticəsində Rusiya bəzi strateji şəhərlərdən geri çəkilmək məcburiyyətində qalıb.

Bu arada MAQATE məlumat yayıb ki, Zaporojye AES-in fəaliyyəti tamamilə dayandırılıb.

Bu gün, 11 sentyabr 2022-ci il, gecə saat 03:41-də ZAES-in 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Energoatom xəbər verir ki, onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.