Qubada minik avtomobili ağaca çırpıldı: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + FOTO

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora” markalı nəqliyyat vasitəsi ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan beş nəfərdən ikisi ölüb, digər üç nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

20:25

Qubada minik avtomobili ağaca çırpılıb, ağır xəsarət alanlar var.

“Report”un məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Lada-Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan beş nəfər ağır xəsarətlər alıb.

Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.