Ukrayna Rusiyanın danışıq təklifini rədd etdi

Rusiya Federasiyasının rəsmi nümayəndələri son günlər danışıqları bərpa etmək təklifi ilə Ukraynaya müraciət etsələr də, Ukrayna tərəfi bundan imtina edib.

Bu barədə “France 24” telekanalına müsahibəsində Avropaya inteqrasiya naziri Olqa Stefanişina bildirib.

O qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları ilə bağlıdır.

Stefanişinanın sözlərinə görə, Ukrayna "yalnız hərbi məqsədlərinə çatdıqdan sonra" danışıqlara başlayacaq.