Gürcustan Rusiya ilə müharibəyə hazırlaşır?

Gürcüstan hakimiyyəti ümumxalq səsverməsi təşkil etməyi və ona sual verməyi təklif edir: gürcülər Rusiya ilə müharibə istəyirlərmi?

Hakim partiyanın sədri Kobaxidze “Xalq desin ki, Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirlər, yoxsa yox” deyib və söz verib ki, hakimiyyət “xalqın dediyi kimi hərəkət edəcək”.

Kobaxidze əvvəllər “onlar Gürcüstanda müharibə etməyən ilk iqtidardır” deyə öyünüb və Ukraynanı Gürcüstanı müharibəyə sürükləməkdə ittiham edib.

Ona görə də Kobaxidzenin referendum keçirməklə bağlı bütün açıqlamaları reallıqda “ikinci cəbhə” açmaq üçün deyil, əksinə, gürcülərin döyüşmək istəmədiyini göstərmək cəhdidir.