Rus əsgərləri oğurladıqlari mallarla Krıma qaçmağa calışır

Ruslar Melitopoldan müvəqqəti işğal olunmuş Krıma doğru qaçırlar, - şəhərin meri İvan Fedorov məlumat verib.

Onun sözlərinə görə, artıq Çonqardakı keçid məntəqəsində Rusiya hərbi texnikasının kalonlati qeydə alınıb. Oğurlanmış malları Zaporojye vilayətindən çıxarmaq üçün “dünyanın ikinci ordusu”nun hərbçiləri artıq qarajlara soxulur və mülki avtomobilləri oğurlayır.

Qeyd edək ki, bu gün Zaporojye vilayətinin işğalçı “hakimiyyəti” artıq bir neçə dəfə Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücumları barədə məlumat verib. Buna görə də rusların qənimətlə birlikdə qaçması təəccüblü deyil.