Ötən günun axşam xəbərləri

 

 Azərbaycanla Ermənistan sərhədində baş verən toqquşma nəticəsində 100-ə yaxın hərbçi həlak olub. Ermənistan ən azı 49 əsgərinin öldürüldüyünü iddia edir. Xatırladaq ki, sentyabrın 13-də bu münaqişənin kəskinləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının çağırılması qərara alınıb. Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vəziyyəti yerində qiymətləndirmək üçün Ermənistana missiya göndərəcəyini açıqlayıb.
***
 Danimarka və Ukrayna arasında Ukrayna hərbçilərinin krallıq ərazisində təlim keçməsi ilə bağlı müqavilə imzalanıb, bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov bildirib. O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin hazırlığı artıq digər Avropa ölkələrində də başlayıb. Nazirin sözlərinə görə, Danimarka 2015-ci ildən Ukrayna hərbçilərinə təlimat verməkdə çoxillik təcrübəyə malikdir. Danimarkada keçiriləcək təlimlərdə Ukrayna hərbçiləri minalardan təmizləmə sahəsində təlim keçəcəklər.
***
 Payızda Avropa İttifaqı yaxınlaşan soyuq hava və yanacaq qıtlığı fonunda Rusiyaya qarşı sanksiyalar siyasətinə yenidən baxa bilər. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamaş Mentser bildirib. Onun sözlərinə görə, Macarıstanın qaz anbarları 38% doludur, yəni ölkədə 81 qış günü üçün kifayət qədər qaz ehtiyatı var.
***
 İnkişaf etməkdə olan bazar ölkələrinin təxminən 25%-i və aşağı gəlirli ölkələrin 60%-i borc böhranındadır və ya ona yaxınlaşmaqdadır. Bu barədə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva məlumat verib.

Onun sözlərinə görə, Çin və ölkələri maliyyə resursları ilə təmin edən digər əsas kreditorlar "borc problemlərinin partlamasının" qarşısını almaq üçün məsuliyyət daşıyırlar.
***
 Avqust inflyasiya hesabatının açıqlanmasından sonra ABŞ-ın səhmləri sentyabrın 13-ü kəskin ucuzlaşıb. Sənəddəki rəqəmlər ekspertlərin gözləntilərinə uyğun gəlmir, bu da investorların aşağı qiymətlərlə bağlı optimizmini azaldır.