ŞİDDƏT, ZORAKILIQ NİYƏ ARTIR?
Siracəddin Hacı
Bu suala cavab vermək üçün öncə şiddət anlayışını məktəbdə baş verən hadisə üzərindən tanıtmaq istəyirəm, məktəb cəmiyyətin ayrılmaz, çox önəmli parçasıdır, Azərbaycan cəmiyyəti sürətlə aqressivləşir, məktəblərdə olanlar da bunun əlamətləridir;
- Şiddət, zorakılıq bir şəxsin, ya da qrupun bir başqasına qəsdən, davamlı zərər verməsidir;
- Çox zaman sakit uşaqlar şiddətə məruz qalırlar;
- Zorakılıq edən( lər) qarşı tərəfin zəif, kimsəsiz olduğunu düşünür;
- Zorakılıq edənlər çox zaman yaşca boyük olurlar;
- Fiziki , psixoloji baxımdan daha güclüdürlər;
- Daha böyük qrupa mənsubdurlar;
- Zorakılıq hər yerdə: evdə, parkda, küçədə, məktəbdə... ola bilər;
- Fiziki şiddət var: vurur, əzir, saçını yolur, kəsir, dartır, saçına bir şey bağlayır, itələyir... ;
- Sözlü şiddət var: qorxudur, bağırır, adına, fiziki görünüşünə lağ edir, söyür, ələ salır, yamsılayır, şivəsinə, danışıq tərzinə gülür;
- Sosial şiddət var: qrupdan çıxarır, oyunda iştirakına imkan vermir, yox sayır, heç bir tədbirə çağırmır, haqqında dedi - qodu yayır, iftira atır... ;
- Sosial media şiddəti var: şəkillərini eybəcərləşdirərək yayır , paylaşımının altına mənfi rəy, söyüş yazır, iftira atır, demədiyi, yazmadığı sözləri onun adından paylaşır, şiddət göstərdiyi şəxsə qarşı sosial media qrupu düzəldir... ;
Ardı var...