Sonsuz müharibə hekayəsi

Ermənistan və Azərbaycan qarşıdurmanın yeni mərhələsinə qədəm qoyub

İranlı siyasi təhlilçi Hüseyn Fatemi “İran Onlayn” saytında yazır:

“Ermənistanla Azərbaycan arasında 2020-ci ilin payızında başlayan 44 günlük savaş Rusiyanın sülh sazişi ilə başa çatsa da, görünən odur ki, bu iki ildə Bakı ilə İrəvan arasında gizli müharibə gedib. Bu səbəbdən də iki ölkənin sərhədində zaman-zaman gərginlik və toqquşmaların şahidi oluruq ki, bunlardan sonuncusu bazar ertəsi baş verdi.

Hər dəfə Azərbaycan və Ermənistan arasında toqquşmalar və sərhəddə gərginlik baş verdikdə, hər iki tərəfin bir-birini günahkar qələmə vermək üçün ziddiyyətli versiyaları daim olub.

Hərtərəfli diplomatiya

Görünür, Azərbaycan ilə son sərhəd qarşıdurmalarında Ermənistan öncəki dövrlərdən tamamilə fərqli davranış göstərərək İrəvana dəstək məqsədilə bütün regional və qeyri-regional ölkələrin imkanlarından istifadə etmək üçün hərtərəfli diplomatiyanı gündəmə gətirməyə çalışıb.

https://bit.ly/3QWSKmd