İran generalları təcili İrəvana uçdü

İran Ermənistana hərbi müşavir göndərib

Güney azərbaycanlıların verdiyi məlumata görə,
general İsmail Xəlilzadə İranın hərbi müşavirlərinin nümayəndəsi olaraq, general Əhmədi isə “Həmzə Qərargahının” əməliyyat və kəşfiyyat üzrə məsul şəxsi kimi təcavüzkar Ermənistan ordusunun yüksək rütbəli komandirləri ilə yaxından əməkdaşlıq edirlər.

Qeyd edək ki, general Əhmədi SEPAH-ın ən əsas komandirlərindən sayılır və bir müddət Suriya Hərbi Hava Qüvvələrində zabitlərin kəşfiyyat üzrə müşaviri vəzifəsini yerinə yetirib. Bəşər Əsədin qardaşının komandanlığı altında olan Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsi Suriyanın ən amansız və qaniçən qüvvələrindən hesab olunur və məhkəməsiz edamlar bu bölmə tərəfindən həyata keçirilirdi.

İndi isə general Əhmədi və İsmail Xəlilzadənin başçılıq etdiyi nümayəndə heyəti SEPAH-ın kəşfiyyat zabiti ilə birlikdə təcavüzkar Ermənistan ordusunu Azərbaycanın şiə müsəlmanlarına qarşı gücləndrmək üçün İrəvana uçub.

https://bit.ly/3QKYlMb