İki yaşlı Dənizin dəstəyə ehtiyacı var: “Müalicələrini davam etdirməyə imkanımız yoxdur” - FOTO
İki yaşlı Dənizin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Fərqanə Əbutalıbzadə məlumat verib.
O bildirib ki, övladı qıcolma sindromundan əziyyət çəkir.
“Dənizin iki yaşı var. Doğulandan 40 gün sonra Dənizdə 17 günə yaxın yüksək hərarət oldu. Ondan sonra isə uşağın qıc olduğunu görürük. Həmin dövrdən müalicələrə başladıq. Amma hazırda maddi imkanımız olmadığı üçün müalicəni yarım qoymuşuq. Həkimlər müalicəni vaxtlı-vaxtında etsək, Dənizin tamamilə sağala biləcəyini deyiblər”.
Gənc ana Dənizdən sonra əkiz övladlarının da dünyaya gəldiyini bildirib.
“Bir il öncə Əli və Əkbər adlı əkiz övladlarım dünyaya gəldi. İnanın imkansızlıqdan onları bu bir ildə hələ həkim müayinəsinə apara bilməmişəm. Biz Lerik rayonunun Günəşli kəndində yaşayırıq. Yoldaşım əvvəllər Bakıda fəhləlik edirdi, Dənizin qıcolmalarından sonra artıq o da uzağa gedib işləyə bilmir. Rayonda iş olanda günü 15 manata fəhləlik edir. Hazırda Dənizin dərmanlarını almaq üçün 230 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 517-82-21
Kapital Bank: 4169 7388 3924 5812.