Bakı dairəvi yolunda qəza olub: Sıxlıq yaranıb
Yasamal rayonu, Kənar dairəvi yolun 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.