Ukraynanın Kupyansk bölgəsi tam azad edilib

Amerikanın "Müharibə Tədqiqatı İnstitutu" (ISW) yazır ki, Kupyansk Ukrayna qoşunları tərəfindən azad edilib

ISW brifinqində deyilir ki, bu, Kupyanskın əvvəllər Rusiyanın nəzarətində olan hissəsinin - Oskol çayının şərq sahilindəki yerin azad edilməsi görüntüləri ilə təsdiqlənir.

Bundan əvvəl həmin ərazinin işğaldan azad edilməsini Ukraynanın "Kraken" bölməsi və Rusiya teleqram kanalları (baxmayaraq ki, sonuncuların bəziləri davam edən döyüşlərdən danışırdılar) məlumat verdilər.

Kupyanskın tam azad edilməsinin rəsmi təsdiqi hələki yoxdur.