“Əgər qaz istəyirsənsə, “Şimal axını 2”ni aç"

Putin Avropaya deyir: “Əgər qaz istəyirsənsə, “Şimal axını 2”ni aç

Prezident Vladimir Putin cümə günü Rusiyanın Avropanın enerji böhranı ilə heç bir əlaqəsi olmadığını deyib. Putin bildrib ki, Avropa İttifaqı daha çox qaz istəsə, “Şimal axını 2” boru kəmərinin açılmasına mane olan sanksiyaları ləğv etməlidir.

Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra jurnalistlərə açıqlama verən Putin enerji böhranının səbəbini “yaşıl gündəm” adlandırıb və Rusiyanın enerji öhdəliklərini yerinə yetirəcəyini təkid edib.

Nəticə odur ki, əgər istəyiniz varsa, bu sizin üçün çox çətindirsə, ildə 55 milyard kubmetr qaz ötürə bilən “Şimal axını 2” ilə bağlı sanksiyaları qaldırın, sadəcə düyməni basın və hər şey öz yoluna düşəcək” - deyə Putin bildirib.