İranda kütləvi etirazlar başladı

İranda 22 yaşlı qızın hicabını səhv geyiyinə görə qətlə yetirilməsi ilə bağlı hökumət əleyhinə kütləvi etirazlar başlayıb.

Gənc qadın Tehranda əxlaq polisi tərəfindən həbs edilib. Bir neçə gün sonra gənc qadın xəstəxanada dünyasını dəyişib.
Nümayişçilər istintaqın aparılmasını və onu öldürənlərin axtarılaraq tapılmasını tələb edirlər. İran təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb.

Etirazçılar “Bacımı öldürən hər kəsi öldürəcəyəm", "Xamneyiyə ölüm", "Diktatora ölüm” şüarları səsləndirilir.