Türkiyədə şagirdləri daşıyan avtobus aşıb, 20 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərinin Vezirköprü rayonunda şagirdləri daşıyan avtobus aşıb.

Məlumata görə, hadisə nəticəsində sürücü və 19 şagird yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Mənbə: konyagundem