Putin onunla Venesuelanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefonla danışıb.

Lim10.az ” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər Venesuela ətrafındakı vəziyyətə diqqət yetirməklə, aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

Bildirilib ki, Rusiya və Braziliya liderləri Latın Amerikası və digər regionlarda gərginliyin azaldılması üçün səylərin əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.(qafqazinfo)