Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda avtobus sürücülərindən birinin nəqliyyat vasitəsini saxlayaraq namaz qıldığı anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lim10.az yazır ki, nəqliyyat eksperti sürücüllərə təbii ehtiyaclar və ibadət üçün yer ayrılmadığını desə də, sürücünün hərəkəti birmənalıq arşılanmayıb.
Çox sayda sosial şəbəkə istifadəçisi sürücüyə naazı qəzya saxlamağı məsləhət görüblər.
Müzakirələrlə bağlı Lim10.az -a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, nə qul haqqına girmək, nə də namazı qəzaya buraxmaq doğrudur:
“Əlbəttə, belə nadir hadisələr olanda cəmiyyətdə daha çox yayılır və kimisi qınayır, kimisi təsliqləyir, kimisi məsələni təkzib edir. Hər halda, sürücülərimiz ictimai bir vəzifəni yerinə yetirirlər. Onlar daim onlarla insanı bir yerdən digər yerə götürürlər və aralarında kifayət qədər də inanclı insanlar var. Əlbəttə, inanclı insanların onların arasında olması çox gözəl bir şeydir. Adətən, biz qalmaqallı hadisələri müşahidə edirik. Görürsünüz sürücülərlə və vətəndaşlar arasında başqa cür problemlər yaranır və bu xoş olmayan görüntülər cəmiyyətin içərisində intişarə edilir. Amma namazla bağlı məsələ isə işin tamam fərqli bir tərəfidir. Bəli, namaz bir müsəlman üçün vacib ibadətlərdən biridir. İkinci, sürücü üçün də bir qul haqqı deyilən başqa bir məsələ var. Bu qədər çox önəmlidir. İndi biz bilmirik o hadisə hansı şəraitdə gerçəkləşib. Əgər gerçəkdən bir insanın namaz vaxtı tamam tükənirsə, artıq belə deyək, namazı qəzaya gedəcəksə, həmin o 5-6 dəqiqəni sürücülərdən, daha doğrusu şəhərdə olan personaldan rica edibsə ki, mənim namazım qəzaya gedəcək, namazımı qılım, sonra davam edərik. Biz bilmirik ki, həmin vaxta düşübmü. Normalda adətən sürücülər namazlarını öz fəsilə vaxtında əda edirlər. Onlara aid olan o vaxtı dəyərləndirirlər, namazları qəzaya qalmır. Hər halda, əgər, yox, belə bir vaxtla qarşılaşmayıbsa, yəni onu öz fəsilə vaxtında gedib əda edə bilərdirsə, camaatın haqqına giribsə, təbii ki, bu, doğru bir adım deyil.
Yox, əgər gerçəkdən onun namaz vaxtı artıq qəzaya düşürmüşsə və bunu yerinə yetiribsə, burada da bir böyük problem yoxdur. Həm sürücü bizimdir, həm də o vətəndaş. Yəni, həm qul haqqını qormaq lazımdır, həm də namazımızı əda etməliyik. Ona görə, bu kimi hadisələri də böyütməyin bir mənası yoxdur. Hər halda, baş verən hadisənin də təfərrüatını dəqiq bilmirik”.
Billurə



















