️İrəvan-Moskva gərginliyində yeni mərhələ: Rusiyalı hərbçilər “Zvartnots”dan çıxarılır?

Ermənistan paytaxt İrəvanın “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

Bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərin görə, “Zvartnots” hava limanında rusiyalı sərhədçiləri erməni hərbçilərin əvəz etməsi üçün ölkənin hər cür imkanı var:

“Hakimiyyətin mövqeyi belədir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir”.