ABŞ Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi - FOTO

ABŞ Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıq ABŞ-nin Rusiyadakı Səfirliyinin saytında yerləşdirilib.

Xəbərdarlıqda hücum ehtimalı olduğu üçün ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur:

“İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun”, - deyə səfirliyin saytında qeyd edilir.