İran Pelosinin səfərinə münasibət bildirdi
İranda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildiriblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani qeyd edib ki, Cənubi Qafqazda gərginliyin və qeyri-sabitliyin artması region dövlətlərinin maraqlarına cavab vermir.
“Biz düşünmürük ki, bu gərginliyi qızışdırmaq region ölkələrinin maraqlarına uyğundur, çünki iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün regionda sülh və sabitlik lazımdır. Bu, İranın prinsipial siyasətidir. Bu yanaşmadan fərqli hər hansı digər yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmağı qəbul etmirik”.