İran Rusiya qazını Azərbaycan üzərindən keçməklə alacaq

 

İran neft şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin İran Televiziya-radiosuna verdiyi məlumata görə, İran Rusiya ilə imzalanmış memoranduma əsasən, İran Rusiyadan gündəlik 6 və 9 milyon kub metr qaz alacaq.

Rusiyadan nəql olunan gündəlik 6 milyon kubmetr qaz İranın cənubunda maye qaza (LNG) çevrilərək ixrac olunacaq. İran Milli Neft Şirkəti ilə Qazprom arasında imzalanmış bu layihənin dəyəri 40 milyard dollardır.
Eləcə də, İran Azərbaycan üzərindən Rusiyadan gündəlik 9 milyon kubmetr qaz alacaq.

İranın Pakistana və Omana qaz boru kəməri tikintisi və LNG layihələrinin təkmilləşdirməsi də Rusiyanın Qazprom şirkəti ilə imzalanmış əlavə memorandum sənədinə əsaslanır.

https://bit.ly/3qLuGIe