Vaşinqtonda Ukrayna ilə bağlı məxfi brifinq...

Bu axşam Vaşinqtonda ABŞ senatorları üçün Ukrayna ilə bağlı məxfi brifinq keçiriləcək.

Bu barədə senatorların köməkçilərinin dediklərinə istinadən CNN məlumat yayıb.

Nəşr yazır ki, brifinq ötən həftə Ukraynanın Rusiyaya qarşı əks-hücum fəaliyyətində müəyyən uğur əldə etməsi və cümə günü Bayden administrasiyasının Ukraynaya daha 600 milyon dollarlıq hərbi yardım paketi elan etməsi ilə əlaqədar toplanır.