Dünyada 230 milyon sünnət edilmiş qadın var...


BMT-nin uşaqların müdafiəsi ilə məşğul olan UNICEF agentliyi bütün dünyada qadın sünnətinə dair son hesabatını təqdim edib.
Qadınlara fiziki iztirab gətirən və əlil edən bu prosedurdan əsas etibarilə Asiya və Afrikanın bir sıra icmalarında istifadə olunur.
UNICEF-in məlumatına görə hazırda dünyada sünnətə məruz qalmış 230 milyon qadın var.
Təşkilat bu mövzuda son hesabatını 2016-cı ildə dərc etmişdi.
Qeyd olunur ki, ötən 8 il ərzində sünnət edilən qadınların sayı 30 milyon nəfər artıb.


Erkən yaşlarda


UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib ki, sünnət praktikası ilə aparılan bütün mübarizələrə baxmayaraq bu sahədə irəliləyişin sürəti aşağıdır.


Prosedur


Qadın sünnəti qadının xarici cinsi orqanlarının cərrahi yolla kəsilməsidir.
Bu prosedura çağa yaşlarından yeniyetməliyə qədər ən müxtəlif yaşlı qızlar məruz qalırlar.
Bu prosedurun yayıldığı icmalarda hesab edirlər ki, qızlarda cinsi həvəsi erkən yaşlarda “öldürmək” və onları “guya əxlaqsızlıqdan xilas etmək” lazımdır.
Prosedura məruz qalmış qadınlar yetkinlik yaşlarında cinsi həyatdan həzz almaq hissini itirir, cinsi əlaqə və doğuş zamanı ağrı çəkir, psixoloji problemlərlə üzləşirlər.
Bu da qeyd olunur ki, Rusiyada qadın sünnəti praktikası Şimali Qafqazın bir sıra regionlarında mövcuddur.