Nurayın dəstəyə ehtiyacı var: Əməliyyat üçün 850 manat çatmır - FOTO

Bir yaş 9 aylıq körpənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Leyla Ələsgərova məlumat yayıb.

O bildirib ki, övladı Nuray anadangəlmə açıq spina-bfida (onurğa patologiyası) xəstəliyindən əziyyət çəkir.

“Nuray 1 yaş 9 aylıqdır. Anadangəlmə spina-bfida xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövrü imkanımız yaxşı olmadığı üçün müayinələrdən demək olar ki, keçməmişdim. Ona görə də, övladım doğulana qədər bu xəstəliyi olduğunu bilmirdim. Nuray doğulan gündən onu müalicə edirik. Daim həkim nəzarətindəyik. Yaşı çox artmadan təcili əməliyyat olunmalıdır”.

Gənc ana övladının əməliyyatı üçün 10 500 dollara ehtiyac olduğunu deyib.

“Nurayın əməliyyatı Türkiyədə yerləşən xəstəxanalardan birində olacaq. Əməliyyat üçün lazım olan 17 850 manatın 17 min manatını yardımsevər şəxslərin dəstəyi və dəyərli əşyalarımızı sataraq toplamışıq. Hazırda əməliyyatı etdirmək üçün 850 manatımız çatmır. İnanın, bu dəqiqə bu məbləği toplamaq bizim üçün imkansızdır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm. Nuray mənim tək övladımdır, çox balacadır. Zamanında əməliyyat olsa, demək olar ki, 90% normal uşaq kimi ola biləcək”.

Ailə ilə əlaqə: (051) 725-24-82.

Kapital Bank: 4169 7388 3254 4047.