Tehranda etirazlar səngimək bilmir


İranda bir neçə gün öncə Əxlaq polisi tərəfindən 22 yaşlı xanımın döyülərək komaya salınması və nəticədə həyatını itirməsi ölkənin hər yerində etiraz dalğasının yayılması ilə müşayiət olunur.

Etirazçılar "Xameneyiyə ölüm olsun!", "diktatora ölüm olsun" və sair şüarlar səsləndirir.

İranda xüsusi təyinatlı qüvvələr etiraz edən əhaliyə hücum çəkib.

Tehranda etirazçılar "Bişərəf, bişərəf” şüarları səsləndiriblər.

Qeyd edək ki, bir neçə gün öncə İranın Əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmini adlı gənc qızın hicab bəhanəsilə tutularaq qətlə yetirilməsinə bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir. Polis etirazçılara qarşı güc və silahdan istifadə edir.

 



اعتراضات در تهران

https://bit.ly/3qOTQFR