Bu dəfə Şoyqu nüvə silahına işarə etdi

Bütün silah növləri, o cümlədən nüvə triadası öz vəzifələrini yerinə yetirir - Şoyqu

Onun sözlərinə görə, “Rusiya Ukrayna ilə deyil, kollektiv Qərblə müharibə aparır”, çünki Ukraynanın özü keçmiş sovet silahları “çoxdan tükənib” və Qərbin silahları ilə döyüşür.

Şoyqu həmçinin şikayət edib ki, 70-dən çox hərbi və 200 mülki peyk Ukrayna üçün işləyir.

Şoyqunun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiyanın itkiləri 5937 nəfər təşkil edir.

Еyni zamanda, onun öz təbirincə desək, qismən səfərbərlik zamanı ümumilikdə 300 min ehtiyatda olan hərbi qulluqçu çağırılacaq.

Görəsən, cəmi 5 min insan itkisi ilə bu niyə lazımdır?