Əfqanıstanda avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var - FOTO

Əfqanıstanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, Qəndəhar-Herat avtomobil yolunda motosiklet sərnişin avtobusuna çırpılıb, daha sonra isə yanacaq daşıyan tankerlə toqquşub.

“Martın 17-də səhər saatlarında yanacaq daşıyan tanker, motosiklet və sərnişin avtobusunun toqquşması nəticəsində 21 nəfər ölüb, 38 nəfər yaralanıb”, - deyə regional informasiya departamentinin verdiyi bəyanatda bildirilib.

Polisin məlumatına görə, qəzaya avtobusa çırpılan motosikletçi səbəb olub. Daha sonra avtobus yanacaq çəni ilə toqquşub və yanğın başlayıb.

Mənbə: octagon.media