TürkiyədəTIR sərnişin avtobusuna çırpıldı: Çox sayda ölü və yaralı var - FOTO/VİDEO

Türkiyənin Tekirdağ vilayətinin Saray rayonunda yük maşını (TIR) sərnişin avtobusuna çırpılıb.

Qəzaya səbəb avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi olub.

Nəticədə mikroavtobusda olan 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım maşınları və xilasedicilər göndəriliblər. Yaralılar ətraf xəstəxanalara çatdırılıblar.

Mənbə: İHA