Cənubi Afrikada qəzəbli fil turistlərə hücum etdi - VİDEO

Cənubi Afrikada fil turistləri daşıyan yük maşınına hücum edib.

Məlumata görə, nəhəng heyvan dişlərini yük maşınının kapotuna ilişdirərək onu yuxarı qaldırmağa çalışıb və bununla da dişləri ilə maşını deşib.

Qorxmuş sərnişinlər ucadan qışqıraraq fili qovmağa çalışıblar, lakin bunun köməyi olmayıb. Nəticədə qəzəbli fil yük maşınını bir neçə dəfə silkələdikdən sonra sakit buraxıb.

Turistlərdən xəsarət alan olmayıb.

Mənbə: MK.ru