Rusiyada ölüm hökmü bərpa oluna bilər
Moskvanın “Crocus City Hall” konsert kompleksində baş vermiş terror hücumundan sonra Rusiyada ölüm hökmünün bərpasına dair çağırışlar edilməyə başlanılıb.
Artıq Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri olan Vladimir Vasilyev də hadisəyə münasibət bildirib.
O qeyd edib ki, dövlət terror hadisələri ilə əlaqədar ölüm cəzasının bərpasını dərindən araşdıracaq.
“Nəticədə, biz bu məsələ ilə bağlı cəmiyyətin gözləntilərinə uyğun qərar verəcəyik”, - deyə Vladimir Vasilyev əlavə edib.
Mənbə: TASS