Nigeriyada qaçırılan 200-dən çox məktəbli azad edildi
Nigeriya hərbçiləri yaraqlılar tərəfindən qaçırılan iki yüzdən çox nigeriyalı məktəblini azad edə biliblər.
Kaduna əyalətinin qubernatoru Uba Sani hərbçilərə yaraqlıların məhv edilməsində, qaçırılan şagird və məktəb işçilərinin azad edilməsində göstərdikləri cəsarət və qətiyyətə görə təşəkkür edib.
Xatırladaq ki, martın 7-də Nigeriyada islamçı təriqətin “Boko Haram” silahlıları Kaduna əyalətinin şimal-qərbindəki Kurige şəhərinə hücum edib və 200-dən çox məktəb şagirdi qaçıraraq 690 min dollar pul tələb ediblər.
Mənbə: rossaprimavera.ru