İrəvanda polis idarəsi yaxınlığında qumbara partladıldı, yaralılar var - VİDEO

İrəvanın Nor-Nork rayonunda polis idarəsi yaxınlığında qumbara partlayıb.

Ölkə mediasının ilkin məlumatlarına görə, insident nəticəsində yaralılar var.

Qumbaranın “Döyüş Qardaşlığı”nın üzvləri tərəfindən partladıldığı iddia olunur.

Dəstə üzvləri Qazaxın işğal altındakı kəndlərinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar. Onlardan 49 nəfərinin həbs olunduğu bildirilib.