Tehranda tələbələr etirazçılara qoşuldu
Etirazlara Tehran Universitetinin tələbələri də qoşulub, gənclər “diktatora ölüm!” şüarı səsləndiriblər.
Daxili etirazlar fonunda Ukraynadakı müharibə üçün Rusiya ordusuna silah-sursat verilməsi səbəbindən İranın beynəlxalq mövqeyi də pisləşdi. Belə şəraitdə nüvə sazişinə qayıtmaq son dərəcə çətin görünür.
Əli Xamneyinin səhhətindən də xəbər yoxdur. Cənub qonşumuz xaos uçurumuna qərq oldu. Regional sabitlik təhlükə altındadır.
Yeri gəlmişkən, İran sərhədləri xaricində "qırmızı xətt" axtarırkən, hakimiyyət ölkə daxilində qırmızı xəttdi taptaladı.