Ukrayna İranla əlaqələrini kəsəcək

Reuters yazır ki, Ukrayna Rusiyaya “şər” pilotsuz təyyarələr tədarükünə görə İranla əlaqələri kəsəcək.

Ukrayna cümə günü bildirib ki, Tehranın Rusiya qüvvələrini pilotsuz təyyarələrlə təchiz etmək qərarına görə İranla diplomatik əlaqələrin səviyyəsini aşağı salacaq. Prezident Vladimir Zelenski bu addımı “şərlə əməkdaşlıq” adlandırıb.

Zelenski bildirib ki, indiyədək münaqişədə İran istehsalı olan ümumilikdə 8 pilotsuz uçuş aparatı vurulub.

Ukrayna və ABŞ İranı Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edib. Tehran isə bu ittihamı rədd edir.