Z.Həsənov H.Akarla danışdı
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Ə.Həsənov həmkarına Ermənistan silahlı qüvvələrinin son təxribatlarına qarşı Azərbaycan ordusunun həyata keçirdiyi qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat vəziyyəti, ordu quruculuğu sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Hulusi Akar isə öz növbəsində vurğulayıb ki, Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanı dəstəkləyir və hər zaman onun yanındadır